!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MDB PA iclasında erməni təxribatı - Qarşısı belə alındı

!Reklam – Yazi

Oktyabrın 10-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlament Assambleyasının Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyasının növbəti iclası olub.

Yenicag.az-ın xəbərinə görə, toplantıda Azərbaycanı deputatlar Rüfət Quliyev, Rasim Musabəyov və Azərbaycannın MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov təmsil ediblər.

İclasda deputat R.Quliyev yenidən MDB PA Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini seçilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan bütün məsələlərdə fəal iştirak edib, psinsipial mövqe nümayiş etdiriblər. Xüsusilə iclasın gündəliyindəki ikinci məsələ MDB PA müşahidəçi statusunun əsasnaməsinin layihəsinin müzakirəsi çox qızğın keçib.

Belə ki, Ermənistan tərəfi Asiyanın müsəlman dövlətlərinə MDB PA-da müşahidəçi statusu verilməsini əngəlləməyə səy göstəriblər. Ancaq azərbaycanlı deputatlar ermənilərin təxribat xarekterli təkliflərinin qarşısını alıblar. Nəticədə əsasnamə layihəsi yenidən işlənməsi üçün MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinə göndərilməsi qərara alınıb. Eyni zamanda qeyd olunub ki, ya yeni konstruktiv layihə hazırlansın, ya da keçən il təqdim olunan layihə öz qüvvəsində qalsın.

Azərbaycan nümayəndə heyəti həmçinin layihənin lazım olarsa MDB PA-da hüquqi ekspertizadan keçirilməsini təklif ediblər.

Bundan başqa, iclasda “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş MDB PA-nın quruma üzv dövlətlərdə keçiriləcək tədbirləri” də müzakirə olunub. R.Quliyev Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münbasibətilə “Xatirə medalı”nın təsis edilməsini, onun ön və arxa cəbhədə vuruşan və işləyən müharibənin sağ olan iştirakçılarına təqdim edilməsini bildirib. Təklif bəyənilib və MDB PA rəhbərliyinə çatdırılması nəzərdə tutulub. /Report/

www.yenicag.az

3906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv