!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın MDB ölkələri üçün “XARİCİ AGENT” SİYAHISI: “Moskva bununla postsovet məkanında...”

!Reklam – Yazi

“Moskva bu kimi informasiyalarla MDB dövlətlərini öz təsirində saxlamaq istəyir”.

Bu fikirləri Rusiyanın tərtib etdiyi və “xarici agentlər” qismində tanıdığı təşkilatların, o cümlədən, şəxslərin siyahısını Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə göndərmək niyyətinə münasibət bildirən sabiq təhlükəsizlik zabiti İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayılın sözlərinə görə, Rusiya MDB dövlətlərinə təsirini və özünə yönəlik etimadı itirməmək üçün “xoşməramlı” jestlər edir:

“Rusiya təhlükəsizlik məsələlərində MDB dövlətləri üzərində təsirini saxlamaq üçün belə “məxfi məlumatlar”ı onlarla paylaşaraq bu ölkələrə xoş niyyətini nümayiş etdirməyə çalışır.

Bu çərçivədə, Rusiya özünə qarşı müəyyən casusluq fəaliyyətində şübhələndiyi, yaxud da dəqiqləşdirdiyi şəxslərlə təşkilatların siyahısını MDB ölkələrinə təqdim edə bilər. Moskvanın bu “jest”inin məqsədi orada və bütövlükdə MDB məkanında “rəngli inqilab”ların qarşısını almaqdır.

Məsələyə başqa aspektdən yanaşsaq, Azərbaycan vətəndaşları içərisində Qərbin agentura şəbəkəsinə daxil olan şəxslər varsa, bu, tamamilə başqa vəziyyətdir. Məsələn, Rusiya Azərbaycana xəbər göndərə bilər ki, Fransanın, ABŞ-nin, Böyük Britaniyanın sizdə belə bir şəbəkəsi var, diqqətli olun.

Bir məqam da var ki, hansısa QHT-lərdə dediyimiz şəbəkənin mövcudluğu haqda informasiya verilssə belə, onlar agent kateqoriyasına uyğun gəlmirlər. Çünki QHT-lərdə təmsil olunanlar açıq formada fəaliyyət göstərirlər. Bu iki məsələni fərqləndirmək lazımdır.

Əgər Qərbin mümkün agenti, ya da agentləri Azərbaycan vətəndaşıdırsa və bu şübhə özünü doğruldursa, həmin şəxs vətənə xəyanətdə suçlanaraq cinayət məsuliyyətinə cəlb olunacaq.

Moskva bu kimi informasiyalarla MDB dövlətlərini öz təsirində saxlamaq istəyir. Digər tərəfdən, Rusiyanın göndərdiyi siyahı əsasında kimlərisə ittiham etmək də doğru olmaz. Çünki hər bir ittihamı isbatlamaq lazımdır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv