Mədəniyyət obyektlərinə təşviq olunan ƏDV – Teatra gedənlər də QAZANACAQ

media-hightechnic-468x90

“Mədəniyyət obyektlərinə təşviq üçün ƏDV qaytarılacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyası (ReAl) sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

media-1727078333-1675327121_natiq-ceferli-1

Ekspert mədəniyyət sahəsində fəaliyyət göstərən iaşə obyektlərinə edilən ödəmələrdəki ƏDV qanununa dəyişiklik edilməsi haqqında açıqlama verərək bunun o sahəyə marağın artması üçün qərar qəbul edildiyini bildirib:

“Bu məsələ çoxdan müzakirə olunurdu. Mədəniyyət obyektlərinə gələn insanların sayının az olduğunu nəzərə alaraq müəyyən təşviq addımlarına ehtiyac yaranmışdı. Bunlardan biri də ƏDV-nin geri qaytarılması ilə bağlı təkliflərdir. Sadə dillə vətəndaşlara izah etsək. bu gün ƏDV qaytarılması nağdsız ödənişlərdə 17.05 %-dir. Əgər siz 10 manatlıq bilet alsanız, onun 1 manat 80 qəpiyi ƏDV idisə onun 17-18 %-ni geri ala bilirdiniz. İndi isə həmin pulun yarısını, yəni 90 qəpiyini geri ala biləcəksən. Başqa bir misal, daha böyük konsert olsa, 50 manatlıq bilet alsanız onun 18%-i əlavə ƏDV kimi ödəyirsiniz və o ödədiyiniz ƏDV vəsaitinin yarısı geri qaytarılır. 100 manatlıq bilet alsanız, üstündə 18 manat ƏDV ödəyirsiniz və bunu nağdsız, kartla ödəyəndə 18 manatın 9 manatını geri ala biləcəksiniz”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600