"Medi Hall"da əməliyyat olunan qadın öldü - Prokurorluq araşdırmaya başladı 

media-hightechnic-468x90

Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Medi Hall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

media-banner_tuq

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.

***

 

Paytaxtın Binəqədi rayonunda yerləşən “Medi Hall” klinikasında ölüm halı baş verib.

Yenicag.az xəbər verir ki, fevralın 10-da Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nigar İsmayılova sözügedən klinikadan bədən şəkilləndirmə cərrahiyyə əməliyyatı olunub. Fevralın 13-də isə qadın ölüb.

Araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05