!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Medianın müharibə ilə ikinci imtahanı

!Reklam – Yazi

10808317_10204307080589903_1840885188_nRəhim Hüseynzadə: “…ictimai qınaq təşkil edilməlidir”

Aydın Quliyev: “Onlarla işləmək və başa salmaq lazımdır ki…”

Ələsgər Məmmədli: “Müharibə mövzusunda, döyüş zonasında baş verən hadisələrlə bağlı peşəkar davranmaq və yazmaq istiqamətində ciddi problem yaşayırıq”

Son günlər erməni helikopterinin vurulması ilə bağlı bəzi mətbuatda yenidən təsdiqlənməmiş məlumatlar yayılmağa başlanılıb. Video, ermənilərin hədəfində olan hərbçinin ailəsindən reportaj və s. Avqustda cəbhə xəttində vəziyyət gərginləşən zaman bir çox media qurumlarının bu istiqamətdə yersiz xəbər və məlumatları cəmiyyətdə narazılıqla qarşılandı. O zaman, bu istiqamətdə müəyyən işlərin görülməsi vacibliyi də qeyd edildi. İndi isə bəzi mətbu orqanlar yenidən həmin səhvləri təkrarlayıb. Görəsən,Mətbuat Şurası bununla bağlı monitorinq aparıbmı? Bu məsələdə tələskənlik edənlərə qarşı hansısa tədbir görüləcəkmi və ya görülməlidirmi?

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə Yenicag.az saytına açıqlamasında bu istiqamətdə MŞ-nin monitoriq apardığı və ona uyğun olaraq da müəyyən tədbirlərin görüləcəyini bildirdi: “Ümumiyyətlə, Mətbuat Şurası bu kimi məsələlərlə bağlı həmişə monitoriqlər aparır. Bu zaman baş verən hadisənin incəliklərinə varılır və Mətbuat Şurasının müvafiq görəcəyi tədbirlərə uyğun da fəaliyyət müəyyənləşdirilir. Ordu kimi həssas məsələlərlə bağlı bəzi mətbu orqanlarının yersiz məlumatlar yaymasına qarşı əsas məqam düşünürəm ki, ona yol verənlərə münasibətdə ictimai qınağın təşkili məsələsidir. Elə etmək lazımdır ki, mətbuatda işıqlandırılan məlumatlar ölkənin informasiya təhlükəsizliyinə xələl gətirməsin. Jurnalistlər bu kimi məsələləri işıqlandırarkən, ona həssas yanaşmalıdırlar. Ümid edirəm ki, yaxın zamanlarda bu istiqamətdə yaranan belə hallara tamamilə son qoyulacaq”.

“Baki-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə təmas xəttində baş verən son olaylarla bağlı bəzi mətbu orqanlarda verilən məlumatlara görə, onlara münasibətdə hələlik tədbir görməyə ehtiyac olmadığını dedi. Bunun əvəzində, həmsöhbətimiz belə mətbu orqanlarla işləmək və başa salmağı daha məqbul saydı: “Artıq ikinci dəfədir ki, Azərbaycan mətbuatı belə kritik məqamda bir növ sınağa çəkilir, hər bir jurnalist, media orqanının nə qədər peşəkar olduğu yoxlanılır. Müşahidələrim göstərir ki, helikopter məsələsində də müəyyən naşılığa yol verən media orqanları bunu heç də bilərəkdən etməyib. Burada müəyyən səhvlərə yol verən media orqanlarına qarşı hər hansı bir cinayət təqibi və yaxud tədbir görməyə ehtiyac yoxdur. Sadəcə, onlarla işləmək və başa salmaq lazımdır ki, müəyyən anlarda bəzi şeyləri etmək olmaz. Avqust ayında təmas xəttində olan hadisələr zamanı da mediada belə müəyyən addımlar atıldı. Eynilə vertolyotun vurulması məsələsində də bəzi düşünülməmiş addımlar oldu. Məsələn, erməni vertolyotunu vuran hərbçinin ailəsindən müsahibə almaqla artıq onu hədəfə qoyurlar. Vertolyotun vurulması anlarını anbaan çəkib, saytlarda yerləşdirmək də yolverilməzdir. İnanıram ki, bunu edən jurnalistlər sadəcə olaraq fəqrinə varmayıblar ki, onu etmək olmaz. Burada düşünülmüş cinayət addımı, düşünülmüş düşmənçilik, millət və dövlət əleyhinə hər hansı bir iş aparmaq niyyəti görmürəm. Ona görə də belə media orqanlarına qarşı hələlik tədbir görülməsinin tərəfdarı deyiləm. Amma onlarla ciddi söhbət edib, çox şeyi başa salmaq, maarifləndirmək lazımdır. Düşünürəm ki, Mətbuat Şurası müəyyən tədbirlər keçirəcək və keçirməlidir. Bildiyim qədər artıq Əflatun Amaşov bu məsələyə normal münasibət bildirib”.
Media hüquqi üzrə ekspert Ələsgər Məmmədli isə cəbhə bölgəsində baş verən hadisələrin işıqlandırılması zamanı neqativ halların yaranmaması üçün jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ciddi işlərin görülməli olduğu qənaətindədir: “Mətbuatda hər tip xırda məsələdə ciddi peşəkarlıq problemlərini görürük. Düzdür, peşəkar media buna qarışmır. Amma yeni media olan veb saytlar, bəzi klassik mətbuat da peşəkarlıq problemini yaşayır. Helikopter vuran şəxsin ekranda hədəf kimi göstərilməsi, onun ailəsi və özünün bu formada reklam edilməsi nəticə etibarilə əks tərəfdən də insanları ona qarşı neqativ addımlar atmağa yönəldə bilər. Ekstremal vəziyyətdə, xüsusilə müharibə mövzusunda, döyüş zonasında baş verən hadisələrlə bağlı peşəkar davranmaq və yazmaq istiqamətində ciddi problem yaşayırıq. Düşünürəm ki, KİV-ə Dəstək Fondu bundan sonra daha çox maarifləndirici və onun nəticəsini ölçə biləcək layihələrə start verməlidir. Bütün media qurumları məcburi bu prosesdən keçməlidir. Ölkə mediası bəzən yanlış, bəzən sevinərək, qəsdən hadisələri gerçəkliyindən çıxarıb elə fərqli formaya salır ki, sevinəcək hadisəyə də sevinməmək istəyirsən. Erməni vertolyotu hava məkanımızı pozduğuna görə, cəzalandırılmalı idi və cəzalandırıldı da. Amma onun ilkin görüntüsünü kimlərsə görsə də belə, həmin görüntünün özünü mediaya o formada vermək olmaz. Bu bir əməliyyat zamanı çəkilən şəkil və ya videodur. Müəyyən informasiyaların həm gizliliyi qorunmalı, həm də onunla bağlı tələblərin təhlükəsizliyi təmin edilməlidir. Bu kimi məsələlərdə daha ciddi olmaq gərəkdir. Çünki, hazırda informasiya kommunikasiya texnologiyası o dərəcədə inkişaf edib ki, artıq verilən informasiyanın ancaq daxili auditoriya üçün olduğunu deyə bilmirsən. Paralel olaraq onu bütün dünya, eyni zamanda düşmən də görə biləcək. Onlar da buna uyğun şəkildə taktika və strategiyalarını qura bilərlər. Ona görə də düşünürəm ki, yenidən peşəkarlıq məsələsinə dönməli, cəbhə bölgəsində işləyən, hərbi vəziyyətlə bağlı analitik yazılar hazırlayan insanlar birmənalı olaraq peşəkarlıq səviyyələrini yüksəltməlidir. Ölkənin milli maraqlarına ziyan verən, şəxsi həyatın toxunulmazlığına problemlər yaradan informasiyalar paylaşılmamalıdır”.

Rüfət

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv