!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məgər Naxçıvan əhalisi Xankəndidəki ermənilərdən əskikdir?” – Novella Cəfəroğlu

!Reklam – Yazi

“Artıq iki ildir ki, beynəlxalq Zəngəzur Forumunun keçirilməsi üçün icazə ala bilmirik”.

Bu fikirləri azərbaycanlı ictimai fəalların Şuşa-Xankəndi yolunda keçirdikləri fasiləsiz etiraz aksiyasının Xankəndidə “humanitar fəlakət”ə səbəb olmasına dair ermənilərin beynəlxalq müstəvidə apardıqları kampaniyaya münasibət bildirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilərin bununla bağlı dünyada apardıqları təbliğata qarşı Azərbaycan daha effektli vasitələrə əl atmalıdır:

“Bilirsiniz ki, azərbaycanlı aktivistlərin Şuşa-Xankəndi yolunda davam etdirdikləri aksiyanın səbəbi bizim mütəxəssislərin Qarabağda ekoloji vəziyyətin, yataqların işlənmə durumunun monitorinqini aparmalarına imkan verilməməsidir.

Ermənilər isə dünyada yenə təbliğata başlayıblar ki, azərbaycanlıların bu akssiyası guya Xankəndidə “humanitar fəlakət”ə səbəb olub. Çox təəssüf ki, bu saxta təbliğata qarşı təsirli tədbirlər görülmür. Əslind, Azərbaycan ermənilərin yalançı Xankəndi şivəninə qarşı Naxçıvanın artıq otuz üç ildir davam edən blokada məsələsini qoymalıdır.

Necə olur, biz Xankəndini blokadaya almaya-almaya bizə qarşı belə sərsəm ittihamlar irəli sürülür, Naxçıvanın blokadasını isə yada salan yoxdur??? Məgər Naxçıvan əhalisi Xankəndidəki ermənilərdən əskikdirlər? Bilirsiniz ki, indi də Naxçıvanla əlaqə yalnız təyyarə, yaxud da İrandan keçən quru yolla mümkündür.

Təyyarə biletlərinin bahalığı hər kəsə ondan istifadə etməyə imkan vermir. Ağır xəstəsi olanlar onları Bakıya necə çatdırmalıdırlar? Ermənistanın Naxçıvanı blokadada saxlaması səbəbindən əhali də iş tapmaq üçün Türkiyə və başqa ölkələrə üz tutmalı olur. Beynəlxalq təşkilatlar bunu niyə görmək istəmirlər?

Etiraf edək ki, bəzi məsələlərdə özümüz də yubanırıq. Məsələn, biz iki ildir ki, beynəlxalq Zəngəzur Forumunun keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Amma indiyə kimi buna müsbət cavab ala bilmirik. Əksər məmurların yalnız özlərini düşünmələri səbəbindən bu ideya gerçəkləşmir.

Təsəvvür edin, dünyanın aparıcı ölkələrinin rəsmi nümayəndələri, siyasətçilər, qeyri-hökumət təşkilatları, jurnalistlərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan Zəngəzur Forumu bütün bu suallara aydınlıq gətirəcəkdi. Lakin məmurlar buna hələ də imkan vermirlər. Ona görə də bu kimi məsələlərdə fəallığı artırmalıyıq”.

A.Zeynalov

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv