Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məhərrəm Əliyev Daşkənddə beynəlxalq forumda

Reklam: High Technic

Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Tashkent Law Spring” Beynəlxalq Hüquq Forumuna qatılıb.

Yenicag.az xəbər verir ki, Forum Özbəkistanın Ədliyyə Nazirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Özbəkistandakı İnkişaf Proqramının təşkilatçılığı ilə baş tutub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Məhərrəm Əliyev forum çərçivəsində Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletovla görüşüb.

Görüşdə ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri istiqamətində geniş müzakirələr aparılıb. Söhbət zamanı ədliyyə naziri Fikrət Məmmədovun Özbəkistanlı həmkarını Azərbaycana rəsmi dəvəti qarşı tərəfə çatdırılıb.

Davletov dəvətə görə təşəkkür edib və bu səfərin reallaşacağına ümidvar olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ərtafında da fikir mübadiləsi aparılıb.

Loading...

www.yenicag.az

3206
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100