!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhkəmə Gülənlə bağlı şok gerçəyi ortaya çıxardı – Azərbaycanda isə…

!Reklam – Yazi

 

dinler-arasi-diyalog-asya-fethullah-gulen (1)Fətullah Gülənin liderlik etdiyi Paralel Dövlət Terror Təşkilatının “beyin komandası”na qarşı əməliyyata start verilib. Gülənin 1 nömrəli şübhəli olaraq mühakimə olunduğu dava ilə bağlı 73 nəfər haqqında həbs qərarı verildi. Lakin 10 şəhərdə eyni zamanda başladılan əməliyyat zamanı sadəcə 5 nəfər yaxalandı. 43 şübhəlinin isə xaricə qaçdığı ortaya çıxdı.

Yenicag.az xəbər verir ki, Ankara Cümhuriyyət Baş Prokurorluğunun “Dövlət çevrilişinə cəhd”, “Silahlı terror örgütü qurub idarə etmək”, “Mövcud hökuməti yıxmağa və vəzifəsini icra etməyə əngəl olmağa təşəbbüs etmək” ittihamları ilə örgütün beyin mərkəzinə qarşı əməliyyat başladıb.

10 şəhərdə keçirilən əməliyyatda sabiq millət vəkili İlhan İşbilen, Gülenin xalası oğlu Kazım Avcı, Cemal Türk, “Bank Asya” İdarə Heyətinin üzvü Ali Çelik və Dilaver Azim yaxalandı. Qaçanlar arasında FETÖ-nün ən böyük maliyyə qaynaqlarından Akın İpek, bir müddət Gülənin doktoru olan Qüdrət Ünal, örgütün Daxili Anadolu Bölgə təhsil imamı Cemil Koca və Fatih Üniversiteti rektoru Şerif Ali Tekalan da var. Ayrıca, şübhəlilərin çoxunun xaricə qeyri-qanuni yollarla qaçdıqları da təsbit olunub.

Həbs olunacaq 22 nəfərin isə Türkiyə daxilində olduqları, lakin gizləndikləri bildirilir.

Beyin mərkəzində təmsil olunan şəxslərin 16-nın 1 noyabr seçkilərindən sonra ölkədən qaçdığı da müəyyənləşib.

“Çatı davası” adı verilən iddianamədə Gülənə qarşı bütün iddianamələrin birləşdirildiyi vurğulanır. Qeyd olunur ki, 17-25 dekabr Dövlət Çevrilişinə cəhd, MİT TIRlarının saxlanılması, KPSS, Tahşiyə oyunu və Hərbi Casusluq və qanunsuz telefon dinləmələri iddanamələri bu iddianamədə birləşdirilib.

Dosyada örgütün bütün sxeminin hazırlandığı, o cümlədən maliyyə, təhsil, media və dövlət qurumları içərisindəki bütün rəhbərliyinin qeyd olunduğu vurğulanır.

Həbs olunmasına qərar verilənlər arasında Polis İmamı, “Kozanlı Ömər” deyə, tanınan Osman Hilmi Özdil, “Zaman” qəzetinin sabiq baş redaktoru Əkrəm Dumanlı, Koza-İpək Holdinq İdarə Heyəti başqanı Akın İpek, Azərbaycandakı “Dialoq Avrasiya” dərgisinin təsisçisi Qəzetçilər və Yazarlar Vəqfi başqanı Mustafa Yeşil,  iş adamı Alaaddin Kaya, Önder Aytaç, Ahmet Can, örgüt içində “Böyük Abi” olaraq tanınan İsmail Büyükçelebi, Sait Aksoy, Nejdet Başaran, Gülənin Azərbaycan və Orta Asiya üzrə koordinatoru Naci Tosun və Cövdət Türkyolu və başqaları yer alır.

Qeyd edək ki, Gülənin qurduğu şəbəkə Azərbaycanda da aktiv şəkildə fəaliyyət göstərməkdədir. Belə ki, Türkiyədə Gülənin beyin mərkəzinə qarşı əməliyyat keçirilsə də, ölkəmizdəki fətullahçıların beyin mərkəzi olan Qafqaz Universiteti Gülənin imamlarının idarəçiliyində fəaliyyətini davam etdirir.

Belə ki, “Bank Asya”nın ortağı, Gülənin Azərbaycan imamı Ənvər Özərən Qafqaz Universitetinin Rəyasət Heyətinin sədri vəzifəsində qalmaqdadır. Habelə, QU-nun rektoru Əhməd Sanıc da Gülənə bağlı şəxsdir.

Gülənə bağlı media qurumları da Azərbaycanda fəaliyyətlərini davam etdirirlər. Belə ki, Gülənə bağlı Qəzetçilər və Yazarlar Vəqfinə bağlı “Dialoq Avrasiya” Platformuna rəhbərlik Qafqaz Universitetinin dekanı Cəlil Ərdəm rəhbərlik etməkdədir və bu şəxs il yarım ərzində itirilən mövqelərini bərpa etmək üçün Azərbaycan mediasının qapılarında qalıb. Ona ən böyük dəstəyi isə “Zaman” qəzetinin Azərbaycan bölümü (“Zaman Azərbaycan” qəzeti) verməkdədir.

Eyni zamanda, Türkiyənin baş naziri Əhməd Davudoğlunun son Bakı səfərində iş adamları ilə görüşə çağrılmayan TUSİAB yenə də Azərbaycanda fəaliyyətini davam etdirməkdədir.

Maraqlıdır ki, Azərbaycan Prezidenti bu və digər dini ekstremist qruplara qarşı sərt mövqe nümayiş etdirsə də, bəzi məmurlar hələ də onları qorumaqda davam edirlər. Prezident Adminstrasiyasının sabiq şöbə müdiri, gənc gülənistlərin imamı Elnur Aslanov vəzifəsindən  uzaqlaşdırılsa da, hakimiyyət daxilindəki fətullahçıların biznes ortaqları tərəfindən himayə altına alındı. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində elektron hökumətlə bağlı sahəyə rəhbər təyin edilərək, dövlətin bu sahədəki bütün lahiyələri yenə onun nəzarətinə verildi. İndi isə artıq təhlükənin sovuşduğunu hiss edərək, yenidən itirilən mövqelərini bərpa etməyə çalışır.

Aqil

Yenicag.az

COP29

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv