Məhkəmə Hollandiyaya İsrailə görə 7 gün VAXT QOYDU

Məhkəmə Hollandiyaya F-35 hissələrinin İsrailə tədarükünü dayandırmağı əmr edib.

Yenicag.az xəbər verir ki, Hollandiya məhkəməsi Niderland hökumətinə yeddi gün ərzində İsrailin Qəzza sektorunu bombalamaq üçün istifadə etdiyi F-35 qırıcıları üçün hissələrin tədarükünü dayandırmağı əmr edib.

“İxrac edilən F-35 hissələrinin beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması halında istifadə edilməsi riskinin açıq-aşkar olduğu danılmazdır”, – deyə məhkəmə qərarında bildirilib.

Qərar insan haqları qruplarının iddia edilən arqumentlərini rədd edən aşağı instansiya məhkəməsinin qərarına qarşı apellyasiya şikayətindən sonra verilib.

Xuraman Etibarlı