“Məhkəməni qazanacağımıza əminik”

media-hightechnic-468x90

dsüedrgMartens Hüquq Bürosu “Fənərbaxça”ya bu mövsüm Çempionlar Liqasında iştirak etmək zəmanəti verib.

Klubun birgə çalışdığı Martens Hüquq Bürosundan sevindirici xəbər gəlib.

Büron “Fənər” rəhbərliyinə belə cavab verib: “Məhkəməni qazanacağımıza əminik. Əgər “Fənərbaxça” yeni mövsümdən nəhənglər liqasına gedərsə, sizdən vəkillik ödənişi olaraq 2 milyon avro nağd pul alacağıq. Əks təqdirdə ödəniş olmayacaq”.

Qeyd edək ki, “Fənərbaxça” komanda CAS-ın qərarı ilə iki il müddətinə Çempionlar Liqasından uzaqlaşdırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa