Məhkumlara şəxsiyyət vəsiqəsinin verilməsinə başlanılıb

media-hightechnic-468x90

загруженное (4)Bu günədək 1350 məhkuma şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən bu ilin sentyabrın 19-dan cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə başlanıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə hər iki qurumun əməkdaşlarından ibarət işçi qrup yaradılıb və bu günədək ümumilikdə 1350 məhkuma şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.

Tədbirlərin davamı olaraq bu gün Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisində 45 məhkuma şəxsiyyət vəsiqəsi verilib.

Hazırda cəzaçəkmə müəssisələrində cəza çəkənlərin şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi işi mərhələli şəkildə davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600