Mehman Hüseynov həbs edildi - 2 il

media-hightechnic-468x90

Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayevin blogger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmə prosesində hökm oxunub.

Dövlət ittihamçısı blogger Mehman Hüseynov barəsində 2 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

Hakim Ceyhun Qədimov qısa müşavirədən sonra qərarı açıqlayıb. Mehman Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mehman Huseynova qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu verib. Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə məsuliyyətə cəlb olunub.

Cinayət Məcəlləsinin 147.2-ci maddəsi Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600