Mehriban dostlar düşmənə ÇEVRİLDİLƏR – Tramp və Mask arasındakı ziddiyyətin əsl MAHİYYƏTİ

media-hightechnic-468x90

“Bu gün İlon Mask ilə Donald Tramp arasındakı münaqişənin əsas səbəblərindən biri odur ki, Mask Trampın yenidən hakimiyyətə gəlməsinə bir növ alət kimi baxmaq istəyirdi. Tramp isə əksinə, Maskın nüfuzundan və imkanlarından istifadə edərək siyasi gücünü artırmaq istəyirdi”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

media-470173193_589975663540487_726334968187510744_n

Analitik ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) sabiq rəhbəri, “Tesla”, “Sapce X” şirkətlərinin qurucusu İlon Maskla ABŞ prezidenti Donald Tramp arasında baş verən söz savaşının pərdəarxası məqamlarını şərh edib.

Onun sözlərinə görə, bu gərginliyin maraqlı nümunələrindən biri, Maskın övladının dediyi bir sözlə bağlıdır:

“Maskın uşağı bir dəfə Trampa “sən prezident deyilsən” deyə bildirdi. Bu cür sözlər uşağın evdə eşitdiklərini əks etdirir. Uşaqlar, adətən, ailədə danışılanları olduğu kimi təkrarlayırlar. Bu da onu göstərir ki, Maskın ailəsində Trampın prezident olmaması və ya prezidentliyə layiq görülməməsi fikirləri mövcuddur”.

Müsahibimiz xatırladıb ki, Tramp klassik qaydalarla milyarder olmuş bir şəxsdir:

“O, keçmişin siyasi və iqtisadi sistemindən istifadə edərək yüksəlib. Mask isə texnologiya əsrinin məhsuludur. O, süni intellekt, kosmos sənayesi və elektromobillər sahəsində yenilikçi ideyalarla irəliləyir. Bu iki yanaşma arasında böyük fərq var. Trampın hakimiyyətdə qalması halında tətbiq edəcəyi bəzi qaydalar və siyasətlər Maskın biznes maraqları ilə toqquşur. Ona görə də bu qarşıdurma təkcə iki şəxs arasında deyil, həm də iki fərqli baxış bucağının – köhnə sistemlərlə zənginləşmiş bir siyasətçinin və yeni texnologiyalarla gələcəyə yönəlmiş bir sahibkarın toqquşmasıdır”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600