Mehriban Əliyeva başsağlığı verdi

media-hightechnic-468x90

mehriban_aliyeva_main_141115Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Prezidenti və xalqına başsağlığı verib.

Fonddan verilən məlumata görə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban Əliyeva noyabrın 13-də Parisdə törədilmiş terror aktı nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Fransa Respublikasının Prezidenti Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “Parisdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Demokratik dəyərləri, vətəndaşların hüquq və azadlıqlarını, xüsusən də günahsız insanları hədəfə alan terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

media-ziraat-728x90

Mehriban Əliyeva başsağlığı verdi

media-hightechnic-468x90

79d56ace0fbf443d95d5b5d02a8e8203“Bu böyük insan öz vətənində olduğu kimi, Azərbaycanda da heç zaman unudulmayacaq”

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə, qohumlarına və yaxınlarına başsağlığı məktubu göndərib.

Heydər Əliyev Fondundan verilən məlumata görə, Mehriban Əliyeva qardaş Türkiyənin görkəmli siyasi xadimi, Azərbaycan xalqının böyük dostu Süleyman Dəmirəlin bütün həyat yolunun, qardaş Türkiyə Respublikasının firavanlığı naminə yüksək dövlət fəaliyyətinin ona dünyada nüfuz, dərin hörmət və ehtiram qazandırdığını bildirib və bu böyük insanın vəfatı xəbərinin dərin kədər hissi ilə qarşılandığını qeyd edib:

“Azərbaycan və türk xalqları arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin qorunub saxlanmasına, inkişafına və möhkəmləndirilməsinə Süleyman Dəmirəlin şəxsi töhfəsi əvəzsizdir. Qardaş ölkələrimizin yeni dövlətlərarası münasibətlərinin, strateji tərəfdaşlığının təşəkkülünün və inkişafının əsası bir-birini dost və qardaş hesab edən Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən qoyulub. Təsadüfi deyil ki, Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Süleyman Dəmirəl Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilib. Xalqlarımızın iki dahi oğlunun – Heydər Əliyevin və Süleyman Dəmirəlin böyük dostluğu bizə örnək olaraq xatirimizdə həmişəlik qalacaqdır. Əminik ki, bu böyük insan, yüksək nüfuz sahibi, bütün fəaliyyəti ilə xalqına hədsiz sədaqət nümunəsi göstərmiş müdrik və uzaqgörən siyasətçi öz vətənində olduğu kimi, Azərbaycanda da heç zaman unudulmayacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600