İranda 11 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib.
Yenicag.az xəbər verir ki, “Başaran Holdinq”ə məxsus təyyarənin düşməsi ilə bağlı ilkin hesabat ekipaj üzvlərinin son söhbətlərini və ekipajda baş verən hadisələri ortaya qoyub.
Məlumatda sürücülərin qulaqlıqlarını taxmadığı və bir-biri ilə müntəzəm əlaqədə olmadığı qeyd olunub. Eyni zamanda pilotların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Həmçinin təyyarənin özündə heç bir nasazlıq aşkar edilməyib.
Hadisənin pilotların ehtiyatsızlığı səbəbindən baş verdiyi güman edilir. Çünki iki pilotun göstəricilərində ciddi fərqlər üzə çıxıb.
Xatırladaq ki, martın 12-də baş vermiş qəzada iş adamı Hüseyn Başaranın qızı Mina Başaran da daxil olmaqla 11 nəfər həyatını itirmişdi.
Həşim Səhrablı
www.yenicag.az