Meksika səfiri Azərbaycana təşəkkür edib
“Azərbaycanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi münasibəti ilə təbrik edirəm. Biz bir daha Azərbaycan xalqının səmimi qonaqpərvərliyinin şahidi olduq və sizin təcrübəniz gələcəkdə də bizim işlərimizə müsbət töhfə verəcək”.
Yenicag xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Ümumdünya Şəhərsalma Forumunun rəsmi bağlanış mərasimindən əvvəl keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu gündən etibarən Meksikada WUF14-ə hazırlıq start götürəcək:
“Artıq 14 ildən sonra forum Latın Amerikası ölkəsində keçiriləcək və bizim üzərimizə böyük məsuliyyət düşür”.












