Məktəbdə baş verən hadisə hər kəsi dəhşətə gətirdi-Video
ABŞ-ın Aydaho ştatının Rosatello şəhərindəki məktəblərin birində maraqlı hadisə baş verib.
Dəhlizdə ruh görsənib.
Bütün bunlar məktəbin videokamerasında qeydə alınıb. Ruhun peyda olunması zamanı quraşdırılan kameralar yanıb-sönüb.
Məktəbin müəllim heyəti və şagirdlər dəfələrlə divarların içərisində qəribə səsin olduğunu deyiblər. Ancaq məktəbdə ruhun dolaşması haqda dəqiq informasiya əldə edilməyib.
Ruhlarla üzrə ekspertlər vurğulayıb ki, ruhların bu məktəbdə “məskən” salması təsadüfi deyil, çünki bu məktəbin ərazisində 1914-cü ildə baş verən yanğın zamanı 5 uşaq ölüb. Bir neçə il öncə isə bir uşaq məktəbin basseynində bataraq vəfat edib.