Ötən gün Bakıda yerləşən 163 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi pəncərədən yıxılaraq ağır yaralanıb.
Yenicag.az “Unikal”ın əldə etdiyi məlumata görə, məktəbli Kliniki Tibbi Mərkəzdən özəl tibb müəssisəsinə köçürülüb.
Kliniki Tibbi Mərkəzdən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (kişi) 04.02.2026-ci il tarixində saat 21:00 radələrində ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.
Xatırladaq ki, məktəbliyə almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilib. Onun vəziyyəti ağır qiymətləndirilir.












