Məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza aparılır

media-hightechnic-468x90

Bakıda orta məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza aparılır.

media-banner_tuq

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, dekabrın 18-də Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş verən insidentlə əlaqədar mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə Polis Şöbəsinə müraciət ediblər. Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib.

Polis İdarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, dekabrın 18-də Yasamal rayonu ərazisində yerləşən məktəblərin birində valideynlər arasında incident baş verməsi barədə sosial şəbəkədə videogörüntü yayılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05