Məktəblərdə kamera görüntülərinin gizlədilməsi iddialarına aydınlıq gətirildi

media-hightechnic-468x90

Məktəblərdə kamera görüntülərinin gizlədilməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda məlumat verib.

O bildirib ki, iddia edilən kimi kamera görüntülərinin gizlədilməsi faktı varsa, həmin müəssisələrin rəhbərləri cəzalandırılmalıdır:

“89 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı araşdırma yekunlaşdıqdan sonra biz bu məsələni gündəmdə saxlayacağıq”.
Eşqi Bağırov qeyd edib ki, agentliyin tabeliyində 6 minə yaxın müəssisə var və qısa zamanda hamısında kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur:

“Arzularımız və resurslarımızın üst-üstə düşməməsi məsələsi var. Arzumuz odur ki, bütün müəssisələrimizdə kamera olsun. “Məktəblinin dostu” layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə kamera quraşdırılıb. Bu il Gəncə və Lənkəran şəhərləri də bu layihəyə qoşulacaq. Həmin regionların məktəblərində də kameraların quraşdırılmasına başlanılacaq”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05