!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblərdə mobil telefonlardan istifadə PROBLEMİ: “Bu məsələdə ortaq məxrəcin tapılması və...”

!Reklam – Yazi

“Valideyn və övlad arasında əlaqə qurulması üçün şagirdlərə verilən mobil telefonlar bəzən tədris prosesinə mane olur”.

Bu fikirləri şagirdlərin məktəbə mobil telefon gətirməsinin dərs prosesinə təsiri haqda danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, şagirdlərin məktəbə mobil telefon gətirməsi qadağan olunmasa da, həmin cihazlardan istifadəyə müəyyən qədər nəzarət edilməlidir:

“Bir neçə gündür ki, sosial şəbəkələrdə və media resurslarında Azərbaycanın orta ümumtəhsil müəssisələrində şagirdlərin məktəbə mobil telefonlarla daxil olmalarının qadağan edilməsinə dair iddialar yayımlanır. Lakin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, həmçinin onun tabe olduğu Elm və Təhsil Nazirliyi belə bir açıqlama yaydı ki, məktəblərdə mobil telefon qadağası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bildiyiniz kimi, bir neçə ölkədə, xüsusilə də Avropanın aparıcı dövlətlərində belə qadağalar var. Ancaq məsələyə real yanaşmaq lazımdır. Valideyn narahatlığının aradan qalxması, valideyn və övlad arasında əlaqə qurulması üçün şagirdlərə verilən mobil telefonlar çox vaxt təhsil prosesində ciddi problemlərə yol açır.

Burada ortaq məxrəci tapmaq lazımdır və elə qərar verilməlidir ki, mobil telefonlar həm dərs prosesinə mane olmasın, həm də valideynlərlə şagird arasında əlaqə yaradılmasını təmin etdin. Məktəblərə şagirdlərin telefon gətirməsinin qadağan edilməsi narazılığa səbəb ola bilər. İşdə olan valideynlərin öz övladları ilə əlaqə saxlamasına ehtiyac var. Lakin mobil telefonların dərs prosesinə mane olması da nəzərə alınmalıdır.

Bir çox deviant xarakterli uşaqların mobil telefona olan bağlılığı onların dərsdən yayınmalarına gətirib çıxarır. Bəzi özəl məktəblərdə mobil telefonlar dərsin əvvəlində yığılır və yalnız dərsin sonunda şagirdlərə yenidən təhvil verilir. Bu təcrübənin bütün məktəblərdə tətbiq edilməsi yaxşı olardı. Bəzi dövlət ümumtəhsil müəssisələrində, xüsusilə də liseylərdə məktəb rəhbərliyinin şəxsi qərarına əsasən, bu üsuldan istifadə edilir.

Düşünürəm ki mobil telefonlar dərs əvvəlində şagirdlərdən alınmalı və böyük tənəffüslərdə onlara qaytarılmalıdır. Məktəblərdə şagirdlərin dostu vəzifəsini icra edənlər, laborant və digər texniki əməkdaşlar tərəfindən bu nəzarəti həyata keçirmək mümkündür. Məktəblərdə şagirdlərdə olan mobil telefonların nəzarətsiz qalması tədris prosesinə zərər vurur. Fikrimcə, bu məsələ ilə bağlı balansın gözlənilməsi şərtilə zəruri addımlar atılmalıdır”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv