Məktəblərdə tətil günlərinin sayı açıqlanıb

media-hightechnic-468x90

74181_yp9oyahsmeNovruz bayramı ərəfəsində Azərbaycanın ümumtəhsil müəssisələrində şagirdlər üçün nəzərdə tutulan tətil günlərinin sayı açıqlanıb.

media-banner_tuq

Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bayramın ilk günü bazar gününə təsadüf etdiyindən, bayramdan əvvəlki həftənin dərs günlərində dəyişiklik olmayacaq.

Belə ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 19-u, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 18-i dərs günüdür.

“Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 20 mart tarixinin bazar gününə təsadüf etməsi ilə əlaqədar martın 25-i iş günü hesab olunmur. Bununla əlaqədar, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə martın 28-i dərs günü olacaq”, – nazirlikdən bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin “2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 24 dekabr 2015-ci il tarixli 402 nömrəli Qərarına əsasən, bu il 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir.

Xatırladaq ki, 2015-2016-cı tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində dərslər iyunun 14-də başa çatacaq. Dərs ili müddətində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün isə 5 gün (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05