Məktəblini maşın vurub

media-hightechnic-468x90

загруженное (8)Şəkidə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Şəki şəhər-rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb. 1954-cü il təvəllüdlü, Şəki rayonu Baş Zəyzit kənd sakini Güləhməd İsrafil oğlu Məhərrəmli idarə etdiyi “VAZ 2106” markalı, 10 EX 549 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən sərnişin avtobusundan düşüb yolu keçmək istəyən piyada, 1998-ci il təvəllüdlü Şəki şəhər sakini Nailə Sakit qızı İsmayılovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarəti alan 16 yaşlı Nailə İsmayılova Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Şəki RMX-dan  verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralı Nailə İsmayılova Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumatda bildirilir ki, qəza baş verən zaman Nailə İsmayılova repetitorun yanından evə qayıdırmış. Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600