!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Məlahət Qurbanova “Türk Dünyasına Xidmət Ödülü” ilə təltif edildi - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri, tanınmış hüquqşünas Məlahət Qurbanova Türkiyədə mükafata layiq görülüb.

Yenicag.az xəbər verir ki, AKMƏM sədri Məlahət Qurbanova Türk dünyasının siyasi-sosial və mədəni həyatında göstərdiyi fəallığına görə, Beynəlxalq Türksoyla İpəkyolu Dərgisi və İpəkyolu Strateji Tədqiqatlar Mərkəzi tərəfindən “16-ci İpək Yolu Azərbaycan” Müvəffəqiyyət Mükafatlandırma Mərasimində “Türk Dünyasına Xidmət Ödülü” ilə təltif edilib.

Mərasimdə Türkiyənin Azərbaycandakı sabiq səfiri olan Hulusi Kılıç, Türkiyənin tanınmış siyasi-ictimai xadimləri, Azərbaycan Milli Məclisinin deputatları, DAK həmsədri Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı iştirak ediblər.

www.yenicag.az

1988
Ads
www.veteninfo.com
!Reklam – Arxiv