“Məlhəm” klinikasında kişi həkim səhlənkarlığından ölüb?

media-hightechnic-468x90

Sosial şəbəkədə Bakıda “Məlhəm” klinikasında həkim səhlənkarlığı nəticəsində pasiyentin vəfat etməsi ilə bağlı iddialar yayılıb.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı “Məlhəm” Beynəlxalq Hospitaldan Oxu.az-a verilən açıqlamada bu gün səhər saatlarında 59 yaşlı kişi pasiyentin xəstəxanada vəfat etdiyi bildirilib.

“Xəstə ağır vəziyyətdə idi və uzun müddət idi ki, klinikamızda müalicə alırdı. Tibb bacısı xəstənin yatağını dəyişmək istəyib. Bu zaman xəstənin həyat yoldaşı da otaqda olub. Xəstə qəfil ölüm keçirib. Həkimlərin müdaxiləsi ilə qısa müddətə həyati funksiyaları bərpa edilib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin daha sonra orada vəfat edib”.

Klinikadan bildirilib ki, məsələ ilə bağlı ekspertiza aparılacaq:

“Son qərarı müvafiq ekspertiza verəcək. Lakin bir daha vurğulamaq istərdik ki, burada həkim səhlənkarlığından söhbət gedə bilməz. Hadisə ilə bağlı mərhumun yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Araşdırmalar davam edir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600