Melitopoldakı Rusiya işğalçı rejimi əhalinin təqaüdünü saxta pullarla “ödəyib”

media-hightechnic-468x90

Ukraynanın Melitopol şəhərini işğal edən Rusiyanın yaratdığı qondarma yerli rejimin dələduzluğu üzə çıxıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, işğalçı rejimin yerli əhaliyə Rusiya rublu ilə “ödədiyi” təqaüdlərin yarısı saxta əskinaslardan ibarət olub.

Dələduzluğun üzə çıxmasından sonra “administrasiya” nümayəndələri buna görə Ukraynanı günahkar çıxarmağa çalışsalar da, onların bu cəhdi baş tutmayıb:

“Melitopoldakı işğalçı rejim şəhərdə və ətraf rayonlarda saxta rublların olduğunu çoxdan bəyan etmişdi. Düzdür, bu saxta pulların dövriyyədə olmasına görə Ukraynanı ittiham etməyi də unutmurdular.

Əlbəttə, onlar bu yalan məlumatı o vəsaitləri oğurladıqlarını gizlətmək və Ukrayna hakimiyyətini hədəfə gətirmək məqsədilə yayırdılar”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa