Məmmədəli Ağayev “Dostluq” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Məmmədəli Ağayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncamı imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamla Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Məmmədəli Hüseyn oğlu Ağayev “Dostluq” ordeni ilə təltif edilib.