Slovakiya ilə münasibətlərdə YENİ MƏRHƏLƏ: "Azərbaycan açar tərəfdaş kimi qiymətləndirilir"

media-hightechnic-468x90

“Avropa İttifaqının üzvü olan Slovakiya Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığının dərinləşməsində körpü funksiyasını yerinə yetirir”.

Bunu prezident İlham Əliyevin Slovakiyaya səfərinin ölkəmizin beynəlxalq nüfuz qazanması fonunda əhəmiyyətindən danışan Milli Məclisin deputat Naqif Həmzəyev Yenicag.az-a açıqlamasında deyib.media-naqif-hemzeyev Deputat bildirib ki, Slovakiya ilə strateji tərəfdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır:

“Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri Azərbaycan-Slovakiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə başlanan proses səfər zamanı əldə edilən konkret razılaşmalar və görüşlərlə daha da möhkəmləndi. Avropa İttifaqının üzvü olan Slovakiya Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığının dərinləşməsində körpü funksiyasını yerinə yetirir.

Azərbaycan qazının Avropa İttifaqına üzv 8 ölkəyə, o cümlədən Slovakiyaya təchizatı ölkəni Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevirib. Avropa Komissiyasının enerji diversifikasiyası strategiyasında Azərbaycan açar tərəfdaş kimi qiymətləndirilir və bu, ölkənin Avropa strukturları ilə inteqrasiyasının dərinləşməsinə şərait yaradır.

Trans-Adriatik (TAP), Trans-Anadolu boru kəmərləri (TANAP) və Cənub Qaz Dəhlizi layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirmiş və Avropa ilə strateji əlaqələrin inkişafına güclü təkan verib. Slovakiya bu prosesdə fəal iştirakçı olmaqla Azərbaycan-Avropa əlaqələrinin güclənməsinə öz töhfəsini verir”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa