"İlham Əliyevin qərarlarına və sözünə sadiqliyinə bütün tərəfdaş ölkələr inanır" - ŞƏRH

media-hightechnic-468x90

“Enerji sahəsinin aparıcı nümayəndələri Azərbaycan Prezidenti ilə görüşmək və ölkənin gələcək potensialından faydalanmaq istəyirlər”.

Bunu prezident İlham Əliyevin Slovakiya səfərinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Vüqar İsgəndərov Yenicag.az-a açıqlamasında deyib.media-vuqariskenderov1

Deputat bildirib ki, Azərbaycan Slovakiya üçün strateji tərəfdaş, dost ölkə və bütün sahələrdə inkişaf edən, regionda lider dövlət kimi böyük maraq doğurur:

“İkitərəfli münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə keçməsi hər iki tərəf üçün son dərəcə əhəmiyyətlidir. Bu baxımdan, prezidentin Slovakiyaya rəsmi səfəri, ölkə örezidenti ilə görüşü, həm ikitərəfli, həm də çoxtərəfli formatda mühüm sənədlərin imzalanması onu deməyə əsas verir ki, hər iki ölkə gələcəkdə strateji əməkdaşlığın yüksək səviyyədə inkişafında maraqlıdır.

Prezident İlham Əliyev həmçinin ölkənin baş naziri ilə görüşdə bu məsələləri diqqətə çatdırdı və parlamentin spikeri ilə çoxtərəfli görüşündə də ikitərəfli münasibətlərin önəmini qeyd etdi. Slovakiya xüsusilə Azərbaycandan enerji tədarükündə maraqlıdır. Artıq qaz ixracı başlayır və ümumilikdə neft, qaz və alternativ enerji sahələri üzrə Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirirlər.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq hər iki ölkənin maraq dairəsindədir. Azərbaycanın hərbi paradında Slovakiyanın Baş nazirliyinin və Müdafiə Nazirliyinin iştirakı bu sahədə münasibətlərin uğurla formalaşdığını göstərir. Digər iqtisadi və humanitar sahələrdə də geniş perspektivlər mövcuddur”.

V. İsgəndərov qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanla Slovakiya arasında bütün sahələrdə daha səmərəli əməkdaşlığın şahidi olacağıq:

“Hazırda Avropanın enerji daşıyıcılarına böyük tələbatın olduğu bir vaxtda Azərbaycan bu sahədə Avropa ölkələri ilə fəal əməkdaşlıq edir. Dünyanın ən nüfuzlu liderlərindən biri olan İlham Əliyevin qərarlarına və sözünə sadiqliyinə bütün tərəfdaş ölkələr inanır. Bu səbəbdən enerji sahəsinin aparıcı nümayəndələri də Azərbaycan Prezidenti ilə görüşmək və ölkənin gələcək potensialından faydalanmaq istəyirlər. Bu, tamamilə təbii bir haldır.

Prezident İlham Əliyevin Slovakiyaya səfərindən sonra Azərbaycan–Slovakiya münasibətlərinin daha da inkişaf edəcəyinə əminik. Qarşılıqlı olaraq İlham Əliyev Slovakiya Prezidentini Azərbaycana səfərə dəvət etdi. İmzalanan sənədlər isə göstərir ki, qarşıdakı dövrdə Azərbaycan–Slovakiya arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə inkişaf etdirəcək”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa