Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində təsnifat mərhələsinə yekun vurulub.
Yenicag.az-ın məlumatına görə, “The FTX Crypto Cup”un üçüncü yarış günündə daha 5 tur oynanılıb.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov görüşlərindən 1 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə ayrılaraq, 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.
Teymur Rəcəbov isə oyunlarından 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb və 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə 34 yaşlı qrossmeysterin 1/4 finala vəsiqə qazanmasına imkan verib.
Çempionlar Turu, VI mərhələ
“The FTX Crypto Cup”
25 may
XI tur
Alan Piçot (Argentina) – Şəhriyar Məmmədyarov – 0:1
Aniş Giri (Niderland) – Teymur Rəcəbov – 1:0
XII tur
Teymur Rəcəbov – Dinq Liren (Çin) – 1:0
Şəhriyar Məmmədyarov – Aniş Giri (Niderland) – 0,5:0,5
XIII tur
Dinq Liren (Çin) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) – Teymur Rəcəbov – 0,5:0,5
XIV tur
Teymur Rəcəbov – Daniil Dubov (Rusiya) – 0,5:0,5
Şəhriyar Məmmədyarov – Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5
XV tur
Daniil Dubov (Rusiya) – Şəhriyar Məmmədyarov – 1:0
Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov – 1:0
Beləliklə, 1/4 finalda görüşəcəklər:
Fabiano Karuana (ABŞ) – Yan Nepomnyaşi (Rusiya)
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan)
Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Çin)
Maksim Vaşye-Laqrav (Fransa) – Uesli So (ABŞ)
Oyunlar 26 – 27 mayda keçiriləcək. 28 – 29 mayda yarımfinal, 30 – 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.
www.yenicag.az