“Mən gorda da hərəkət edəcəyəm” – Hafiz Hacıyev – Yenicag.Az

Reklam

Reklam

“Kimsə düşünürsə ki, Hafız Hacıyev susub, hər şey qurtarıb, onlar ciddi yanlışlığa yol verirlər”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində 11 aprel seçkilərindən sonra media ilə təmasdan yayınan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib.

– Hafiz Hacıyev prezident seçkilərindən sonra sanki kölgəyə çəkilib. Bu, nə ilə bağlıdır?

– Açığını deyim ki, kölgəyə çəkilməmişəm. Sadəcə, müəyyən problemlər var, onların həlli ilə məşğulam. Həm də ki, partiyamızın növbəti qurultayına hazırlıq üzrə işləri davam etdiririk. Bəzi məsələlərə özüm üçün aydınlıq gətirəndən sonra fikirlərimi xalqa açıqlayacam. Ona görə də hazırda bir az gözləmək məsləhətdir. Yəni vəziyyət belədir.

Yoxsa ki, Hafiz Hacıyev susmayıb, susmaz, heç öləndə də susmayacaq. Hafiz Hacıyev gorda da hərəkət edəcək. Kimsə düşünürsə ki, susmuşam, hər şey qurtarıb, onlar ciddi yanlışlığa yol verirlər. Hələ siyasətdəyəm.

Hafiz Hacıyev sadəcə, bəzən taleyindən, özündən, atdığı addımların uğursuzluğundan küsür. O məsələləri də müəyyən zamana qədər gözləməliyəm. Bununla yanaşı, partiyada güclü təşkilatlanma gedir, qurultaya hazırlaşırıq, planlarımız var… Kimlərinsə Hafiz Hacıyevin susduğunu düşünüb toy-bayram etməsi yersizdir. Hafiz Hacıyev Azərbaycanda xalqın dilidir, xalqın sözüdür. Nə vaxt Hafiz Hacıyev öz sözünü deyəcək, o zaman Azərbaycanda hər şey həll olunacaq. Qarabağı da geri alacağıq, o biri məsələləri də həll edəcəyik.

 

– Yeri gəlmişkən, Paşinyanın baş nazir seçilməsindən sonra Azərbaycanın diplomatiyasını necə qiymətləndirirsiniz?

– Nə qədər ki, Elmar Məmmədyarov Azərbaycanın xarici işlər naziridir, Qarabağ məsələsi həll edilməyəcək. Elmar Məmmədyarovun dili yoxdur, ağzı yoxdur… Niyə bunları mənə dedizdirirsiniz? Qoyun, ölüm, öldüyüm yerdə…

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3116
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."