“Mən Ukrayna xalqını tanımıram və …”

media-hightechnic-468x90

loiioiuiou8Rusiyanın beynəlxalq “Russian Today” telekanalının baş redaktoru Marqarita Simonyan işdən qovulan “Breaking the Set” proqramının aparıcısı Ebbi Martindən danışıb.

“Axar.az”ın məlumatına görə, erməni redaktor öz əməkdaşının telekanaldan uzaqlaşdırılmasını onun Amerika təbliğatının qurbanı olması ilə izah edib: ”Biz jurnalistlərimizə qurşaqdan aşağı zərbə vurmuruq. Ebbi düşündüyü kimi hadisələrə şərh verib. Düşünürəm ki, Ebbi Ukrayna və Krımda baş verən hadisələrlə bağlı Amerikanın yanlış təbliğatının qurbanı olub”.   Qeyd edək ki, Ebbi Martin aparıcılıq etdiyi “Breaking the Set” proqramında Ukraynadakı hadisələrə görə Rusiya rəhbərliyini ciddi tənqid edərək, bunu əsl təcavüz adlandırıb. O deyib ki, Rusiya telekanalında işləməsinə baxmayaraq, ürəyi hər zaman ukraynalılarla bir yerdədir: “Mən Ukrayna xalqını tanımıram və onlar haqqında geniş bilgim yoxdur. Lakin mən istənilən silahlı müdaxiləyə qarşıyam. Mən burada oturub heç kimdən üzr istəyib yaxud hərbi aqressiyanı müdafiə etməyəcəm”.    Məhz bu çıxışına görə də xanım jurnalist işdən qovulub.

Dövlət büdcəsindən maliyyələşən “Russian Today” telekanalı 2005-ci ildən fəaliyyətə başlayıb, xarici ölkələrdə Rusiyanın maraq və mövqelərini müdafiə edir. Bir neçə dildə yayımlanan bu kanalı Rusiyanın “Əl–Cəzirəsı” sayırlar. Aparıcı Ebbi Martinin belə möhtərəm bir strateji telekanaldan Rusiyanı qınaması Kreml məmurlarını özündən çıxarıb.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600