!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Məni qayışla döymüsən, adıma "psix" dedilər" - Xalq artistinin qızı

!Reklam – Yazi

Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruz maraqlı açıqlaması ilə gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, o sosial şəbəkə hesabında paylaşım edərək, haqqında danışılanlara münasibət bildirib
“Geyimlərimə də uşaqlıqdan icazə vermisən. Amma əxlaqım yerində olmaq şərti ilə. Yeri gəlsə, səhvim olanda qayışla da döymüsən, özü də çox pis. Buna görə sənə minnətdaram ki, mənə tərbiyə vermisən. Bu gün mən heç kimin həyatına qarışmıram. Sözü üzə dediyimə, emosional olduğuma görə, üzüm ağdır deyə cavabım da boldur. Ürəklə çıxıb nə atmacalar atırlarsa, ağızlarını yumduğuma, saçlarımı dibindən kəsdiyimə görə adıma “psix” adı da yamadılar. Olsun, sənin kimi atanın yolunda “psix” adı almağa dəyər” deyə o bildirib.

“Məni sındırmaq istəyirlər. Ata, qorxma, rahat yat, gör hələ nələr olacaq. Ata, bunlar yatmış şiri oyadırlar. Təhqir edərək, məni üzlərinə qaytarırlar. Bunlar məni özləri kimi arvad vidində, işindən soyumuş, uğursuz, üzü, gözü şiş görməyə alışdılar.
Bunu deyənlər ataları öləndən 1 həftə sonra klubda, diskotekada olanlardır. Mən isə şəhər qızı ola-ola heç klub nədir bilməmişəm. Bəziləri heç öz atalarının soyadına belə dəyər verib adlarını instaqram profillərinin üstünə qoymurlar”,- deyə Şəfəq yazıb./Lent.az/

COP29

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv