Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Mənim yerimdə Şumaxer də olsaydı..." - Tofiq Zülfüqarov qəza barədə

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Yenicag.az-ın məlumatına görə, yolu keçmək istəyən Uğur Vəliyev əvvəlcə sabiq nazirin idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsünə çırpılıb, daha sonra isə Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşınının altında qalıb.

Nəticədə, keçiddən istifadə etməyən piyada hadisə yerindəcə keçinib.

Yenicag.az saytına açıqlama verən Tofiq Zülfüqarov hadisənin təfərrüatını danışıb. O, bildirib ki, baş verən hadisəyə görə heç bir məsuliyyət daşımır.

“Doğrusu, necə olduğunu dəqiqliklə deyə bilmərəm. Mən şahid qismində ifadə vermişəm. Etik baxımdan bunu demək doğru deyil. Çünki adam artıq rəhmətə gedib. Polislər həmin yerdəki dükanın satıcısından da ifadə alıblar. Adam həm sərxoş olub, həm də içki alaraq, yolu qaça-qaça keçmək istəyib. 8 zolaqlı yolu qaçmaq anormal bir şeydir. Halbuki, hadisənin baş verdiyi yerdən 10 metr kənarda keçid vardı. Hava da qaranlıq idi. Təxminən saat 20:15 idi. Məndə video var. Ancaq bunu ictimailəşdirmək istəmirəm. Kim olursa olsun, insan həyatını itirib. Videoçəkilişdə də görünür ki, onun güzgüyə dəyməsi heç bir saniyə çəkmir. Mənim yerimdə Şumaxer də olsaydı, heç nə edə bilməzdi. Bütün sübutlar var. Sürət də aşağı idi, içkili də olmamışam. Mən tərəfdən heç bir qanun pozuntusu olmayıb. İndi isə ailəmlə birlikdəyəm. Bildiyim qədəri ilə, piyadanın üstündən keçən maşının sürücüsü də sərbəst buraxılıb”.

Emin

www.yenicag.az

3136
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM