Mənzil bazarında gizli xərclər: MTK-lar sakinləri necə daimi gəlir mənbəyinə çevirir?

media-hightechnic-468x90

Son illər yeni tikililərdə mənzil alan vətəndaşların üzləşdiyi “gizli xərclər” problemi daha da aktuallaşıb. İlkin satış zamanı təqdim olunan qiymətlərlə sonradan ortaya çıxan real xərclər arasındakı ciddi fərq həm alıcıların büdcəsinə əlavə yük salır, həm də tikinti sektorunda şəffaflıq məsələsini yenidən gündəmə gətirir.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, tikinti şirkətləri tərəfindən müqavilədənkənar əlavə xərclərin tələb edilməsi halları kütləvi xarakter alıb:

“Tikinti şirkətləri bəzən müqavilədə qeyd olunmayan, qeyri-müəyyən əlavə ödənişlər tələb edirlər. Məsələn, çıxarışların (kupça) təmin olunması üçün müəyyən xidmət haqqı istəyirlər, halbuki vətəndaş bu sənədi özü də ala bilər. Bundan başqa, müxtəlif arayışların verilməsi, qaz, su, elektrik sayğaclarının quraşdırılması və məişət tullantılarının daşınması kimi bəhanələrlə əlavə xərclər icad edilir”.

Ekspertin sözlərinə görə, bəzi hallarda vətəndaşlar bu xərclərdən yayına bilsələr də, məlumat azlığı səbəbindən ödəniş etməyə məcbur qalırlar. Xüsusilə ilk dəfə mənzil alan şəxslər bu cür hallarda daha həssas hədəfə çevrilirlər.

E.Azadov qeyd edib ki, ən ciddi problem mənzil təhvil verildikdən sonra binanın idarə olunması zamanı yaranır. Belə ki, tikinti şirkətləri binaların idarəçiliyini öz nəzarətlərində saxlamaqla bunu uzunmüddətli gəlir mənbəyinə çevirirlər:

“Ən problemli sahə binanın idarəçiliyidir. Tikinti şirkətləri bunu sanki ‘ömürlük biznes gəliri’ kimi öz əllərində saxlamağa çalışırlar. Tarifləri özləri müəyyən edir və bəzi hallarda lüzumsuz xidmətləri də qiymətə əlavə edərək xərcləri süni şəkildə artırırlar. Nəticədə hər sakindən alınan aylıq xidmət haqqı real bazar qiymətlərindən xeyli yüksək olur”.

Onun sözlərinə görə, bu zaman sakinlərin seçim imkanları da məhdudlaşdırılır. Bina artıq şirkətin idarəetməsində olduğundan, alternativ idarəetmə mexanizmləri ya yaradılmır, ya da yaradılarkən müxtəlif maneələrlə üzləşir.

“Demək olar ki, 90 faiz hallarda mənzillər təhvil veriləndən sonra tikinti şirkətləri müxtəlif yollarla sakinləri daimi qazanc mənbəyi kimi istifadə etməyə çalışırlar”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05