"Mercedes" yük maşınına çırpıldı - Ölən və yaralanan var

media-hightechnic-468x90

Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avqustun 21-də saat 7 radələrində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində Ağstafa rayon sakini R.Fərəcov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini B.Rəcəbovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə R.Fərəcovun sərnişinlərindən Şahin İsmayılov hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600