Şahin Ağabəyli-50: Mərhum jurnalistin yubiley yaşıdır
Bu gün “Poliqon” İnformasiya Agentiyinin və PİA.az saytının təsisçisi və baş redaktoru mərhum Şahin Ağabəylinin doğum günüdür…
16 il əvvəl avtomobil qəzasında faciəvi şəkildə həlak olan “Milli Yol” qəzətinin və “Poliqon” İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin bu gün doğum günüdür. Mərhum baş redaktor 50 yaşını doldurdu.
Poliqon xəbər verir ki, Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açdı. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərfindən Türkiyə “Kara Harp Okulu”na təhsil almaq üçün yollanılan 23 gəncdən biri olub. 1999-cı ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunur. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunub.
Şahin Ağabəyli 2003-cü ildə “Milli Yol” qəzetini təsis edib və qəzetin baş yazarı olurb 2006-cı ildə «Poliqon» İnformasiya Agentliyinin qurucusu olub. 2009-cu ildə isə baş redaktoru olduğu PİA.az saytını təsis edib.
Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuşdu. Bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.
Şahin Ağabəyli Azərbaycan jurnalistkasında öz dəsti-xətti ilə yadda qalıb. Siyasi dünya görüşünə görə millətçi olsa da, rəhbərlik etdiyi “Milli Yol” qəzeti bütün siyasi platformalar üçün açıq idi. O söz azadlığına heç bir məhdudiyyət qoymurdu. Əsasən gənclərlə çalışırdı və Azərbaycanda jurnalistlərin yeni nəslinin yaranmasında rolu vardı.
Şahin Ağabəyli 2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ədət yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən 35 yaşını doldurmamışdı…
Allah rəhmət eləsin.












