Aktrisanın SON ARZUSU: “Ölümündən əvvəl o videoya baxıb...” - FOTOLAR
“Ölümündən bir həftə öncə bütün həyatını verdiyi səhnənin, qrim otağının videosunu çəkib ona göndərdik. Bütün günü o videoya baxıb kövrəlirmiş”.
Bunu Yenicag.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası Simuzər Ağakişiyeva üç mərasimi olan aktrisa Məsumə Babayeva barədə danışarkən deyib.
O, mərhum aktrisanın son arzusunu dilə gətirib:
“Məsumə xanım son ana qədər səhnədə olmaq arzusu ilə yaşayırdı, amma səhhəti ona əl vermirdi. Arzuları çox idi. Fəxri ad arzusundaydı, amma qismət olmadı. Son vaxtlar xəstəliyi ilə əlaqədar teatra gələ bilmirdi. Çox arzulayırdı, ona doğma olan səhnəni, qrim otağını görsün. Ölümündən bir həftə öncə bütün həyatını verdiyi səhnənin, qrim otağının videosunu çəkib ona göndərdik. Bütün günü o videoya baxıb kövrəlirmiş.
Gənc oğlunu, nəvəsini itirmişdi. Bu həsrət sona çatdı, əzizlərinə qovuşdu. Dünən teatrda “Lənkəran xanının vəziri” tamaşasını oynadıq. Həmin tamaşada Pəri xanımı Məsumə xanım oynayırdı. Tamaşanı onun xatirəsinə ithaf etdik. Çox mərd, xanım-xatın bir aktrisa idi. Qızı son nəfəsinə qədər Məsumə xanıma layiqincə baxdı, qulluğunda durdu. Ölümü ilə bizi çox məyus etdi Məsumə xanım”.
Cəvahir












