Fransa 15 yaşdan kiçiklər üçün sosial medianı qadağan etdi

media-hightechnic-468x90

Fransa parlamenti 15 yaşdan kiçik uşaqlar üçün sosial mediadan istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Figaro” qəzeti yazıb.

Fransa parlamentariləri demək olar ki, yekdilliklə uşaqlar üçün sosial medianın qadağan edilməsi ilə bağlı qanun layihəsini dəstəkləyiblər.

Qanun layihəsinin müəllifi “İntibah” partiyasından olan parlament üzvü Laura Millerdir . O, qadağanın sosial medianın onlara artan təsiri fonunda fransız gənclərinin zehni sağlamlığını qorumaq məqsədi daşıdığına inanır.

Qeyd olunur ki, parlament tərəfindən təsdiqlənən qanun təkcə sosial mediaya qadağa qoymaqla deyil, həm də Fransadakı orta məktəblərdə mobil telefonlardan istifadəyə qadağa qoymaqla bağlıdır./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa