Mehriban Ələkbərzadə vəzifəsindən AZAD EDİLDİ? -Teatrdan RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə aktrisa, Əməkdar artist Mehriban Xanlarova və Xalq artisti Əli Nur tərəfindən Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatrında tutduğu baş rejissor vəzifəsindən azad edilməsi ilə bağlı xəbərlər yayılıb.
Mövzu ilə bağlı “Azdrama”nın mətbuat katibi Cavid Zeynallı Yenicag.az-a açıqlaması belə olub:
“Bədii rəhbər vəzifəsinə təyinat və ya vəzifədən azad etmək teatr tərəfindən yox, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Bununla bağlı teatra hər hansı bildiriş daxil olmayıb”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin qərarı ilə Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib. Bununla bağlı nazirlik dünən məlumat yayıb.
Cəvahir












