Azərbaycanda 11 mindən çox qadın peşə hazırlığına cəlb edildi – Agentlik rəhbəri rəqəmləri açıqladı

media-hightechnic-468x90

Dövlət Məşğulluq Agentliyi ötən ilin yekunlarını və 2026-cı il üçün prioritet hədəflərini elan edib.

Yenicag.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov deyib.

Sədrin sözlərinə görə, səmərəliliyin artırılması və kiçik biznesə töhfə vermək məqsədilə yeni proqramlar hazırlanıb. Artıq Oğuz rayonunun Padar kəndində sahibkarlar birləşdirilib və “Peşəkar” proqramı istifadəyə verilib. 2026-cı ildə bu proqramların əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, həvəsləndirmə proqramlarına da start verilib. 2025-ci ildə 18 mindən çox vətəndaş peşə hazırlığı proqramlarına cəlb olunub ki, onların 11 mindən çoxunu qadınlar təşkil edir. Bu çərçivədə 175 prioritet peşə müəyyən edilib. Ümumilikdə isə 343 min vətəndaş müxtəlif məşğulluq proqramlarına cəlb olunub.

Bundan əlavə, həssas kateqoriyaya aid ailələrin övladları arasından 80 şagird seçilərək onların inkişafına və əmək bazarına inteqrasiyasına xüsusi dəstək göstərilib. Gələcəkdə bu proqramlarda yeniliklər ediləcək və əhatə dairəsi daha da böyüdüləcək.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa