!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərhumların qeyri-ənənəvi VƏSİYYƏTİ: “Müsəlman kimi tanınanların odda yandırılması, yaxud da...”

!Reklam – Yazi

“Hətta kitab əhli olan xristian və yəhudilər də dünyasını dəyişmiş şəxsləri torpağa dəfn edirlər”.

Bu fikirləri vəfat edən şəxlərin ölümdən öncə öz cəsədlərinin yandırılması və ya suya atılması vəsiyyətlərinin məqbul olub-olmamasını şərh edən ilahiyyatçı Turan İrfan Yenicag.az-a açıqlamasında deyib.

 

O bildirib ki, İslam dininə görə, dinindən asılı olmayaraq, vəfat etmiş şəxs mütləq torpağa dəfn edilməlidir:

“İslam dininə görə, vəfat etmiş insan dinindən asılı olmayaraq, hökmən torpağa dəfn edilməlidir. Bunun fəlsəfi mənası insanın torpaqdan yarandığı və yenidən torpağa qovuşmalı olmasıdır. İslam qaydalarına əsasən, müsəlmanlar vəfat etdikdə, qüsl və kəfənlənib üzü qiblə tərəfə, torpağın müəyyən dərinliyinə dəfn olunur. Hətta kitab əhli olan xristian və yəhudilər də dünyasını dəyişmiş şəxsləri torpağa dəfn edirlər. Bu, həm də ölüyə sayğı göstərməkdir.

Ancaq bəzi başqa dinlərdə – buddizm və digər hind dinlərində cəsədi suya atmaq, odda yandırmaq ənənəsi mövcuddur. Odda yandırmaq Allaha aid əlamətdir. Bunun icrası bir növ təhqir də sayıla bilər. Müsəlmanların İslama uyğun olmayan yandırılıb küllərinin dənizə səpilmə vəsiyyətini icra etmək düzgün deyil. O baxımdan, müsəlmanlıqdan imtina etdiyini bildirməyən şəxslərin İslam dininə zidd vəsiyyətləri icra edilməməlidir. Çünki həmin şəxslər zahirən müsəlman hesab olunur.

Əgər fərd İslamdan çıxaraq başqa dini qəbul edibsə, yaxud heç bir dini inanca sahib deyilsə, onun istəyinə qarışa bilmərik. Hər kəsin öz inancı və etiqadı olduğuna görə şəxsi məcbur etmək olmaz. Lakin dünyada müsəlman kimi tanınanların odda yandırılması, yaxud ömrünün son zamanlarında yaşla əlaqədar yaranana sağlamlıq problemlərinə görə qeyri-ənənəvi vəsiyyətlərinin icra edilməsi düzgün deyil. Çünki əsrlərdən gələn müsəlman kimliyinə xələl gətirmək olmaz”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv