Merkeldən Əfqanıstan açıqlaması: "Dərs çıxarmalıyıq"

media-hightechnic-468x90

Almaniya kansleri Angela Merkel Əfqanıstanda son yaşanan hadisələrlə bağlı mətbuat konfransı keçirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Merkel “Taliban”ın idarəetməni ələ almasını Almaniya və müttəfiqləri üçün “xoş olmayan” durum kimi dəyərləndirib.

Merkel, həmçinin planları tam həyata keçirə bilmədiklərini vurğulayıb: “Yaşananlardan dərs çıxarmaq lazımdır”.

Merkel Əfqanıstandakı fəaliyyətləri zamanı onlara yardım edən əfqanların Almaniyaya gətirilməsi istiqamətində işlərin grüldüyünü qeyd edib.

“Əsas məqsədimiz bizə birbaşa dəstək olanların gətirilməsidir. Ancaq Kabildə hazırda hərəkət qabiliyyəti qalmayıb. 2015-ci ildəki səhvi təkrarlamaq istəmirik”, –  deyə kansler vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600