Məscidlər xaçlandı- Təhdidlər artır
Fransa İslamafobiyaya Qarşı Dərnək başqanı Abdullah Zekri son həftədə bir çox məscidə 30-a yaxın məktub göndərildiyini bildirib.
Onun sözlərinə görə, İslama qarşı olan qüvvələr son günlərdə olduqca aktivləşiblər və məscidlərə təhdid məktubları göndərilməsi artıb, bəzi məscidlər üzərinə xaç işarələri vurulur.
Yenicag.az xəbər verir ki, Fransanın “Le Figaro” qəzeti Montbeliard, Pontarliers və Castres qəsəbələrindəki məscidlərin həqarət dolu məktub göndərilən məscidlərin bir neçəsi olduğunu və həmin məktublarda İslam dini və həzrəti Məhəmmədə (sav) hücum edildiyini yazıb.
Fransa polisinin rəsmi bilgilərinə görə, 7-20 yanvar tarixləri arasında müsəlmanlara qarşı 128 hücum olub.