Həftənin ilk 5 günü ərzində meşə fondu torpaqlarında 181 mindən artıq ağac əkilib.
Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov təkcə bu gün Ağcabədi, Tovuz, Şəki, Şabran, Sabirabad, Cəlilabad, Oğuz və Quba rayonlarının meşə fondu torpaqlarında aparılan meşəbərpa tədbirləri zamanı ümumilikdə 25 min 770 ağac tingi əkildiyini qeyd edib.
“Həftənin ötən 5 günü ərzində isə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 81 ha meşə fondu torpağında meşə əkini işləri aparılıb, 181 min 290 ədəd müxtəlif cinsli ağac tingi əkilib”.