!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məsələ CİDDİLƏŞİR: İmran Xana rəsmi ittiham İRƏLİ SÜRÜLDÜ

!Reklam – Yazi

İmran Xana rəsmi ittiham irəli sürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Geo telekanalı məlumat yayıb. Bildirilir ki, Pakistanın keçmiş baş naziri, müxalif “Təhrik-i İnsaf” partiyasının lideri İmran Xan və partiyanın sədr müavini Şah Mahmud Qureşi dövlət sirlərini açıqlamaqda ittiham olunurlar.

Dövlət sirrinin açıqlanması işi məlumatı ehtiva edən məxfi teleqrama aiddir.

Belə ki, Pakistanın baş nazirinin Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı neytral mövqeyindən narazı olan Amerika hakimiyyəti Pakistan hökumətindən Xanın vəzifədən uzaqlaşdırılmasını istəyb. Və bunun müqabilində təcrid olunmaqla hədələyərək ölkə ilə “isti münasibətlər” qurmağa söz veriblər.

Teleqram ötən ilin əvvəlində Pakistanın Vaşinqtondakı səfiri tərəfindən İslamabada göndərilib.

İttiham aktında iddia edilir ki, Xan və onun köməkçiləri teleqramın məzmununu icazəsi olmayan şəxslərə açıqlayıblar və “özlərinin gizli məqsədləri və şəxsi mənfəətləri üçün faktları təhrif ediblər”.

Xuraman Etibarlı

 

COP29

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv