Məşhur bank 25 min nəfəri işdən çıxarır

media-hightechnic-468x90

download (3)Avropanın ən böyük bankı sayılan HSBC xərclərini azaltmaq və biznesi sadələşdirmək məqsədilə ixtisarlar edir.

Bankın dünya boyu 25000 iş yerini ixtisar edəcəyi gözlənilir. Bu isə HSBC-nin 266000 işçisindən təxminən 10 faizinin iş yerini itirəcəyi deməkdir.

Bankın həmçinin Britaniyadakı əməliyyatlarını “təcrid edəcəyi”, Türkiyə və Braziliyadakı bizneslərini satacağı bildirilib.

Xəbər, bankın icraçı direktoru Stuart Gulliver-in investorlar və analitiklər qarşısında edəcəyi təqdimatdan əvvəl gəlib.

Analitiklər hesab edir ki, iş yerlərinin ixtisarı heç də düzgün həll yolu deyil.

10 bənddən ibarət plan, xərcləri 5 milyard dollara qədər azaltmaq və Asiyada, xüsusilə də Çində investisiyaları artırmaq məqsədini daşıyır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600