Bu il Əşrəf Kolçakın xatirəsinə həsr olunan “Gemlik” Film Festivalının açılışını türk kinosunun sultanı Türkan Şoray edib.
Yenicag.az xəbər verir ki, səhnəyə çıxan məşhur bəstəkar Cahit Berkay ilk mahnısını Türkan Şoraya ithaf edib.
O, “Selvi Boylum Al Yazmalım” filmində ifa etdiyi musiqini bəsətələyərkən nə hiss etməsi ilə bağlı suala cavabı diqqət çəkib.
Belə ki, bəstəkar bir anlıq tərəddüddən sonra əlindəki mikrofonla Türkan Şoraya işarə edərək “Aşiq idim”, – deyə cavab verib.
www.yenicag.az