Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Məşhur diktor: “Canlı yayımda qəfildən lampalar partladı, Şərqiyyə qışqırdı ki…”

Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdük.

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Ömrümün çox hissəsi televiziyada keçib, orda keçən illərimi unutmaq mümkün deyil. Çox darıxıram televiziya üçün. “Günün ekranı” xəbərlər proqramının aparıcısı olmuşam, Yeni il gecələrində təqdim olunan “Mavi işıq” bayram verilişlərində çıxış eimişəm, rayonlarda görüşlərimiz keçib, hansı birini deyim… Başımıza o qədər maraqlı hadisələr gəlib ki… O vaxt indiki kimi deyildi, efirdə ciddi nizam-intizam vardı. Aparıcı məsuliyyət daşıyırdı, xırda bir qüsuruna görə cəzalandırılırdı. İndi baxırsan ki, efirlərdə min oyundan çıxırlar.

Diktor başına gələn maraqlı hadisələri də xatırlayıb:

“Həmkarım Şərqiyyə ilə “Günün ekranı” xəbərlər proqramını təqdim edirdik. İşıq o qədər gur idi ki, qəfildən projektorların lampaları partlamağa başladı. Mən özümü ələ alıb, xəbərləri oxumağa davam etdim. Şərqiyyə isə “işıqları söndürün”,- deyib həyəcanla qışqırmağa başladı. Bu səs efirdə getmişdi. Çox olub belə hadisələr. Onda çox az sayda diktorlar vardı, hamımız da məşhur idik. Bir dəfə işdən çıxıb evə gedirdim. Qarşı yolda bankın qarşısına yığılan adamların içindən bir kişi qışqırdı ki, Sabir müəllim, yanımızdan keçəndə salam verin, biz ki, sizi tanıyırıq. O hadisədən sonra mən bu gün də tanımadığım insanlarla salamlaşıram”.

Cəvahir

www.yenicag.az

646
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM