Xəbər verildiyi kimi, avqustun 21-də Baş Prokurorluğun “İnstagram” sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib.
Baş Prokurorluğunun Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.
Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun “İnstagram” sosial şəbəkəsindəki səhifəsində avqustun 28-i saat 09:00-dan 13:00-dək keçiriləcək: “Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr”.\
www.yenicag.az